Bakıda bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Nizami rayonunun Keşlə qəsəbəsində qeydə alınıb.
Belə ki, 1970-ci il təvəllüdlü Xudaverdiyev Mehman Qabil oğlu tanışı tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.