Bakıda 5 gün əvvəl meyiti tapılan şəxsin avtomobillə vurulduğu müəyyən olunub

Bakı. 8 aprel. REPORT.AZ/ Bakıda 5 gün əvvəl baş verən yol-nəqliyyat hadisəsinin üstü açılıb.

"Report" xəbər verir ki, aprelin 3-də Xətai rayonu ərazisindəki Nobel prospekti 163 ünvanında üzərində çoxsaylı bədən xəsarətləri olan 50-55 yaşlarında kişi meyiti aşkar edilib.

Polis əməkdaşlarının keçirtdiyi əməliyyət tədbirləri nəticəsində meyiti tapılan naməlum piyadanın 1965-ci il təvəllüdlü Füzuli Mövsumov olduğu müəyyənləşib.

Əməliyyat tədbirlərini davam etdirən polis piyadanı vuraraq hadisə yerindən qaçan sürücünü də tapıb. F.Mövsumovu 1994-cü il təvəllüdlü Tural Musayevin idarə etdiyi "BMW" markalı avtomobillə vurulduğu müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14