Bakıda 48 yaşlı kişini avtomobil vurub 

Bakının Xəzər rayonununda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Buzovna qəsəbəsində avtomobil yolu keçən 1975-ci il təvəllüdlü Qəhrəmanov Elnur Hüsü oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər