Bakıda 46 yaşlı kişi bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Qasımov İsa İsmayıl oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər