Bakıda 45 yaşlı kişi kafedə boğazından bıçaqlanıb

Bakı. 7 iyul. REPORT.AZ/ Bakıda 45 yaşlı kişi boğazından bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Yeni Yasamal yaşayış massivindəki kafelərdən birində 45 yaşlı Əmir Məmmədov dostları ilə yeyib-içərkən onlardan biri tərəfindən boğaz nahiyəsindən bıçaq xəsarəti alıb. Nəticədə o, çoxlu qan itirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14