Bakıda 44 yaşlı sərxoş piyadanı avtomobil vuraraq ayağını sındırıb

Bakının Sabunçu rayonunda sərxoş piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil qəfildən yola çıxan 1979-cu il təvəllüdlü Lukonin Sergey Vaqif oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağının sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39