Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdlü Mehman Həsənov naməlum şəxs tərəfindən döyülüb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxana aparılıb. Ona beyin silkələnməsi və burnun sınığı diaqnozu qoyulub. Yaralı xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Daha əvvəl Bakının Yasamal rayonu ərazisində döyülmə hadisəsi olub.