Bakıda 41 yaşlı qadın yol qəzasında xəsarət alıb

Bakının Sabunçu rayonunda 41 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Əlibabayeva Elnarə Rafiq qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər