Bakının Səbail rayonunda 41 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
"Report" xəbər verir ki, 1982-ci il təvəllüdlü Mehdiyev Ruhin Şapələng oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.