Bakıda 4-cü mərtəbədən yıxılan uşaq sağ qalıb

Bakı. 13 iyul. REPORT.AZ/ Bakının Yasamal rayonu ərazisində bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, Şərifzadə küçəsi, 182 ünvanında yerləşən binanın 4-cü mərtəbəsində yaşayan 2008-ci il təvəllüdlü Allahverdiyev Uğur Mübariz oğlu eyvandan yerə yıxılıb.

O, yerə yıxılarkən üzüm talvarının üzərinə düşdüyündən, qarın nahiyəsindən yüngül xəsarət alıb. Uşaq xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56