Bakıda 37 yaşlı qadın yol qəzasında xəsarət alıb

Bakının Binəqədi rayonunda 37 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Novruzova Hənifə Telman qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona gicgah sümüyünün basılmış sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.

Digər xəbərlər