Bakıda avtomobil 35 yaşlı kişini vuraraq xəsarət yetirib

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Məmmədov Samir Bayram oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26