Bakıda 35 yaşlı kişi yol qəzasında xəsarət alıb

Bakının Nizami rayonunda 35 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Əbilov Elvin Azad oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47