Bakıda 35 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Bakının Sabunçu rayonunda 35 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb.

"Report" xəbər verir ki, 1989-cu il təvəllüdlü Cəfərov Cəmaləddin Seyfəddin oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37