Bakıda 34 yaşlı kişiyə 4 bıçaq zərbəsi vurulub

Bakı. 15 mart. REPORT.AZ/ Bakıda 34 yaşlı kişiyə 4 bıçaq zərbəsi vurulub.

"Report"un xəbərinə görə, hadisə Nizami rayonunda baş verib. 

Belə ki, 8-ci kilometr qəsəbəsində naməlum şəxs 1983-cü il təvəllüdlü Məmmədov Namiq İsrafil oğluna 4 bıçaq zərbəsi vurub. N.Məmmədov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir. 

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 13 noyabr, 2026 / 19:13