Bakıda 32 yaşlı kişi intihar edib

Bakı. 9 avqust. REPORT.AZ/ Bakıda intihar hadisəsi baş verib. 

"Report" xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

20-ci sahə adlanan ərazidə yaşayan 1985-ci il təvəllüdlü Məmmədov Elvir Azər oğlu özünü iplə asaraq intihar edib. Onun meyiti ekspertiza olunub.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39