Bakıda bıçaqlanma hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Axundzadə Şəhriyar Sakit oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı özü xəstəxanaya gedib. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.