Bakıda 31 yaşlı qadını avtomobil vurub.
"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü Xəlilova Ayşən Kamran qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.