Bakı. 30 mart. REPORT.AZ/ Bakıda 31 yaşlı kişini avtomobil vurub.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Ramana qəsəbəsi, Şuşa şəhərciyində 1986-cı il təvəllüdlü Balakişiyev Mehran Əjdər oğlu yolu keçərkən onu avtomobil vurub. Ağır xəsarət alan M.Balakişiyev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hadisəni törədən sürücünün izahatı alınıb. Faktla bağlı araşdırma aparılır.