Bakıda 31 yaşlı kişi bıçaqlanıb

Bakı. 3 fevral. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Məmmədov Söhbət Məzahir oğlu Səngəçal qəsəbəsində tanımadığı şəxslə əlbəyaxa dava edib. Dava zamanı o, döş qəfəsindən bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralının vəziyyəti orta ağırdır.

Faktla bağlı Qaradağ Rayon Polisi araşdırma aparır.

Digər xəbərlər

Naxçıvanda avtobus yanıb 10 iyul, 2026 / 15:02