Bakıda 30 yaşlı kişi bıçaqlanıb

Bakı. 15 may. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, Nəsimi küçəsində 30 yaşlı Əliyev Elçin Hüseyn oğlu tanımadığı şəxslərlə mübahisə edib. Mübahisə dava ilə nəticələnib və E.Əliyevə 2 bıçaq xəsarəti yetirilib. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56