Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. Avtomobil 2017-ci il təvəllüdlü Abbasov Nurxan Coşqun oğlunu vurub. Xəstəxanaya çatdırılan körpəyə sol baldır sümüklərinin yerdəyişən sınıqları diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.