Bakıda 3 azyaşlı qardaş yol qəzasında xəsarət alıb

Bakının Sabunçu rayonunda 3 azyaşlı qardaş yol qəzasında xəsarət alıb.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 2016-cı il təvəllüdlü Yadigarov Ramiz Pərviz oğlu, 2018- ci il təvəllüdlü Yadigarov Raul Pərviz oğlu və 2019-cu il təvəllüdlü Yadigarov Renat Pərviz oğlu müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37