Bakıda 28 yaşlı oğlan intihar edib

Bakı. 7 iyun. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonunda intihar hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun İlham Hacıyev küçəsi 24 ünvanında yerləşən fərdi evdə qeydə alınıb.

Belə ki, Binəqədi rayon sakini 1989-cu il təvəllüdlü Elvin Etibar oğlu Osmanov yaşadığı evin talvarından iplə özünü asıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatırma) maddəsi ilə cinayət işi açılıb, intiharın səbəbləri araşdırılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26