Bakıda 28 yaşlı gənc bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Xəlilov Elvin Mənsur oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27