Bakıda 27 yaşlı gənc qızı avtomobil vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Nizami rayonu, metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Vəliyeva Könül Yaşar qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 23 dekabr, 2025 / 08:59