Bakı. 2 iyul. REPORT.AZ/ Bakıda gənc oğlan çoxsaylı bıçaq xəsarətləri alıb.
"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda baş verib.
İslam Səfərli küçəsində 1991-ci il təvəllüdlü Quliyev Səfər Aqil oğlu tanımadığı şəxslə mübahisə edib. Mübahisə dava ilə nəticələnib. Bu zaman naməlum şəxs S.Quliyevə 3 bıçaq xəsarəti yetirib.
O, çoxlu qan itirib. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirib. Hadisənin baş verdiyi əraziyə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları cəlb edilib.
Hadisəni törətmiş şəxsin axtarışlarına başlanılıb.