Bakıda 26 yaşlı gənc avtobus dayanacağında bıçaqlanıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Bakıda gənc oğlan avtobus dayanacağında bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonu, 1 saylı sərnişin avtobusunun sonuncu dayanacağında baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Nəsirov Şahmar Səbran oğlu tanıdığı şəxslə əlbəyaxa dava edib. Nəticədə gənc oğlanın ayaq və qarın nahiyəsinə 3 bıçaq zərbəsi vurulub. 

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47