Bakıda 25 yaşlı gənci avtomobil vurub

Bakının Sabunçu rayonunda 25 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

1998-ci il təvəllüdlü Qaraşov Ramazan Rafael oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxətlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37