Bakıda 25 yaşlı gənc qolundan bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonu, "Ulduz" metrostansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Soltanov Əli Azər oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol qolun kəsilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14