Bakıda 24 yaşlı motosikletçi qəzada xəsarət alıb

Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 1999-cu il təvəllüdlü Geseyinli Rasim Şahin oğlu motosikletlə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini səkiyə çırpıb.

Xəsarət alan gənc təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər