Bakıda 24 yaşlı gənc oğlan yol qəzasında xəsarət alıb

Bakıda 24 yaşlı gənc oğlan yol qəzasında xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Rəşid Behbudov küçəsində 1998-ci il təvəllüdlü Mahmudov Əli Elxan oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47