Bakıda 24 yaşlı gənc bıçaqlanıb

Bakıda 24 yaşlı gənc bıçaqlanıb.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonu Zərgər Palan küçəsi 87 ünvanında qeydə alınıb. 

Belə ki, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Əbülqasım Nəzərov naməlum şəxs (və ya şəxslər) tərəfindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzin Cərrahiyyə şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.  

Digər xəbərlər