İmişli sakini Bakıda bıçaq xəsarəti aldı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə 8-ci km ərazisində qeydə alınıb.

İmişli rayon sakini, 24 yaşlı Cəfərov Mehdixan Rasim oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48