Bakıda 23 yaşlı gəncə 5 bıçaq xəsarəti yetirilib

Bakı. 28 noyabr. REPORT.AZ/ Bakıda 23 yaşlı gəncə 5 bıçaq xəsarəti yetirilib.

"Report"un xəbərinə görə, hadisə Sarayevo küçəsi 1 C ünvanında qeydə alınıb.

Belə ki, Hacıqabul rayon sakini 1993-cü il təvəllüdlü Fazil Məmmədov yaşadığı evin qarşısında xuliqanlıq zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb. O, ümumilikdə 5 bıçaq xəsarəti alıb.

F.Məmmədov Diaqnoz Tibb Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14