Bakıda 20 yaşlı qız üçüncü mərtəbədən yıxılıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bakıda 20 yaşlı qız üçüncü mərtəbədən yıxılıb.

"Report" xəbər verir ki, hadisə Lökbatan qəsəbəsi İ.Nəbiyev küçəsi ev 29 mənzil 48 ünvanında qeydə alınıb.

Orada yaşayan 1996-cı il təvəllüdlü Aygün Hüseynova yaşadığı binanın üçüncü mərtəbəsinin eyvanından yıxılaraq xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36