Bakıda 20 yaşlı gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakıda 20 yaşlı gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. 2002-ci il təvəllüdlü Əlizadə Rəfayel İlqar oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47