Bakıda 2 yaşlı körpə yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Bakının Yasamal rayonunda 2 yaşlı körpə yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 2021-ci il təvəllüdlü A.Qədirli ağır xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47