Bakıda 2 avtomobil toqquşub, xəsarət alanlar var

Bakının Xəzər rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması zamanı 1982-ci il təvəllüdlü Həsənov Yaşar Hüseyn oğlu və 1994-cü il təvəllüdlü Məmmədov Orxan Bulud oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hər iki yaralıya bədənin müştərək travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45