Bakıda 19 yaşlı gənc bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü İsgəndərov Əli Elman oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı onda sol budun bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41