Xəzər rayonunda 17 min manatlıq mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Bakının Xəzər rayonunda 17 min manat dəyərində mal-qara oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı N.Novruzov və 21 yaşlı H.Vəlizadə saxlanılıblar.

Fakt üzrə araşdırmalar aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39