Bakıda yeniyetməni avtomobil vurub

Bakıda 10 yaşlı yeniyetməni avtomobil vurub.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 2012-ci il təvəllüdlü Mürsəlov Yusif Vahid oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər