Bakıda itkin düşmüş kişinin asılmış meyiti tapılıb

Bakı. 31 avqust. REPORT.AZ/ Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.

“Report”un əldə etdiyi məlumata görə, hadisə rayonun Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 1982-ci il təvəllüdlü Əşrəf Səfərov özünü kəndirlə işıq dirəyindən asaraq intihar edib.

Qeyd edək ki, Ə.Səfərov itkin düşmüş kimi qeydiyyatda olub.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Digər xəbərlər

Masazırda 4 avtomobil yanıb 10 oktyabr, 2026 / 09:11