Bakı və Siyəzən sakinləri dəm qazından boğularaq ölüb

Bakı və Siyəzən sakinləri dəm qazından zəhərlənərək ölüb.

"Report"un Şimal bürosunun məlumatına görə, Siyəzən rayonu sakini Cəfərov İzzət Zaur oğlu yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Bundan başqa, Nəsimi rayonu, 20 Yanvar küçəsində yaşayan 2003-cü il təvəllüdlü şəxs evin hamam otağında tapılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər