Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol qəzası baş verib

Bakı. 24 yanvar. REPORT.AZ/ Bakı-Şamaxı yolunun 133-cü kilometrliyində, Şamaxı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, 1930-cu il təvəllüdlü Kamil Musa oğlu Bayramova məxsus “FORD” markalı yük avtomobili yol kənarına aşıb.

Yanğınsöndürən-xilasedicilər avtomobilin altında sıxılmış vəziyyətdə qalmış K.Bayramovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26