Bakı-Şamaxı yolunda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
"Report"un məlumatına görə, 1966-cı il təvəllüdlü Salmanov Səməd Fərrux oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.
Fakt araşdırılır.