Bakı sakininin həyətindən 30 tutuquşu oğurlanıb

Bakı. 15 may. REPORT.AZ/ Bakıda qadına məxsus həyətdən 30 tutuquşu oğurlanıb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 7-də Samirə Niyazəliyevanın həyətyanı sahəsindən 30 tutuquşunu oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini İlkin Bağışov tutulub.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37