Bakı sakininə qarşı 38 700 manatlıq dələduzluq edilib

Bakı. 14 yanvar. REPORT.AZ/ Bakı sakininə qarşı 38 700 manatlıq dələduzluq edilib.

"Report"un verdiyi məlumata görə, 1988-ci il təvəllüdlü Sahib İlham oğlu Əliməmmədov Abşeron Rayon Polis İdarəsinə (RPİ) ərizə yazaraq bildirib ki, 2016-ci ilin avqust ayında Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Əbdulrəhman Pənah oğlu Mehdiyev onu ev tikmək adı ilə aldadaraq 38 700 manat pulunu alıb və indiyədək geri qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51