Bakı sakini qonşusu tərəfindən döyülərək xəsarət alıb

Bakı. 26 may. REPORT.AZ/ Bakıda döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, Qobustan qəsəbəsində 1982-ci il təvəllüdlü Niftəliyev Elmar Zümrüdpaşa oğlu qonşusu (hələlik adı açıqlanmır) tərəfindən döyülüb. Nəticədə o, bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47