Bakı sakini intihara cəhd edib

Bakı. 6 iyul. REPORT.AZ/ Bakı sakini intihara cəhd edib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb.

Belə ki, A.İldırım küçəsindəki evlərdən birində yaşayan 1965-ci il təvəllüdlü Cabir Mehdiyev sirkə turşusu içərək intihara cəhd edib.

O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54